Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nazarov yenə qol vurdu

Nazarov yenə qol vurdu

Tarix: 5 May 2019 17:52

Almaniya bundesliqasının 32-ci turunda bu gün daha 3 oyun keçirilib.

Qol.az-ın məlumatına görə, milli komandamızın üzvü Dmitri Nazarovun formasını geyindiyi "Erzgebirge" klubu bu tur səfərdə "Reqensburq"un qonağı olub. Görüş Aue təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Meydana 60-cı dəqiqədə daxil olan Nazarov 1 dəqiqə sonra qol vurub. Yarımmüdafiəçi ötən tur olduğu kimi yenə penaltidən fərqlənib.


5 may

"Reqensburq" - "Erzgebirge" - 1:3
Qollar:
P. Testroet, 52 (0:1), S. Adamyan, 56 (1:1), D. Nazarov, 61-penalti (1:2), F. Rise, 90 (1:3)


Qeyd edək ki, bu qələbədən sonra xallarının sayını 39-a çatdıran "Erzgebirge" 12-ci pilləyə yüksəlib. "Reqensburq" isə 45 xalla 8-cidir.
 


Etiketlər:  Nazarov yenə vurdu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ