Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mbappe Anrinin rekordunu qırdı

Mbappe Anrinin rekordunu qırdı

Tarix: 26 Oktyabr 2023 12:02

Dünən öz meydanında "Milan"ı 3:0 hesabı ilə məğlub edən PSJ-nin hücumçusu Kilian Mbappe həmyerlisi Tyerri Anrinin rekordunu yeniləyib.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki,  UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qollardan birinə imza atan Mbappe Çempionlar Liqasının ardıcıl 8 ev oyununda qol vuran ilk fransalı olub.

Anri London "Arsenal"ında oynadığı dönəmdə ardıcıl 7 belə qarşılaşmada rəqib qapılarına yol tapmışdı. 

Mbappe 2018-ci ildən PSJ-nin formasını geyinir. Onun klubu ilə müqaviləsinin müddəti bu yay başa çatacaq.

Milli.Az


Etiketlər:  Mbappe Anrinin rekordunu qırdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ