Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qalatasaray''ın ulduzu İkardinin arvadından şok açıqlamalar- FOTO

''Qalatasaray''ın ulduzu İkardinin arvadından şok açıqlamalar- FOTO

Tarix: 26 Oktyabr 2023 15:32

"Qalatasaray"ın ulduzu Mauro İkardinin həyat yoldaşı Wanda Nara Argentina mətbuatına təəccüblü açıqlamalar verib.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, təcrübəli hücumçunun uşaqlığının çətin keçdiyini deyən Wanda Nara açıqlamasında, "Mauro çox təvazökar bir ailədəndir. O, həmişə mənə deyirdi ki, uşaq olanda pulu yox imiş və yemək üçün ov edirlərmiş. Buna görə də uşaqları üçün əlindən gələni edir. Məsələn, iPhone 15 çıxan kimi onların hərəsinə bir dənə aldı. Onunla çox yaxşı münasibətimiz var. Mən onu 12 ildir tanıyıram. Bu, çox uzun müddətdir . Mən ilk növbədə Mauronun ürəyinə və nə qədər yaxşı insan olduğuna baxıram.." deyib.

Vanda Maradona ilə haqqında çıxan xəbərlərə də açıqlama gətirib:

"Deyirlər ki, mən Maradona ilə birlikdə olmuşam və bunu həmişə inkar etmişəm, bu cəfəngiyyatdır. Bilmirəm, məni yoxlamadan, soruşmadan barəmdə çox şeylər deyilir".

Fidan
Milli.Az


Etiketlər:  Qalatasarayın ulduzu İkardinin arvadından şok açıqlamalar FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ