Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bellinqem “Barselona”nı son dəqiqə qolu ilə cəzalandırdı

Bellinqem “Barselona”nı son dəqiqə qolu ilə cəzalandırdı

Tarix: 28 Oktyabr 2023 20:56

İspaniya La Liqasının XI turunda "El-klasiko" baş tutub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, "Barselona" və "Real Madrid" Kataloniya klubunun meydanında üz-üzə gəliblər.

Matç qonaqların qələbəsi ilə başa çatıb - 1:2. Hesabı altıncı dəqiqədə "Barsa" açıb. İlkay Gündoğan rəqib müdafiəçilərin səhvindən sonra topu tora qovuşdurub.

Lakin qonaqlar təslim olmayıblar. 68-ci dəqiqədə Cud Bellinqem uzaq məsafədən vurduğu möhtəşəm zərbə ilə hesabda tarazlıq yaradıb. 90+2-ci dəqiqədə isə ingilis futbolçu dubl edərək komandasına qələbə qazandırıb.

Bu nəticədən sonra xallarını 30-a çatdıran "Real Madrid" vahid liderdir. Komanda ən yaxın izləyicisi "Jirona"nı iki xal üstələyir. "Barselona" 24 xalla üçüncüdür.

Milli.Az


Etiketlər:  Bellinqem Barselonanı son dəqiqə qolu ilə cəzalandırdı


RƏYLƏR