Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gəncəli azarkeşlər futbolçuları ''söhbət''ə çağırdı - FOTO

Gəncəli azarkeşlər futbolçuları ''söhbət''ə çağırdı - FOTO

Tarix: 28 Oktyabr 2023 21:44

Azərbaycan Premyer Liqasının 11-ci turunda "Kəpəz" "Turan Tovuz"un qonağı olub.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, qərb derbisi Gəncə təmsilçisi üçün heç də uğurlu alınmayıb - 0:4.

Böyük hesablı məğlubiyyət "Kəpəz" azarkeşlərini qəzəbləndirib. Onların bir qismi Tovuz şəhər stadionunu tərk edib. Digərləri isə görüşün bitməyin gözləyib.

Təqribən 40-50 nəfərlik azarkeş qrupu futbolçuları yanlarına çağırıb, söhbət aparıblar.

Qonaq tribuna media sektoruna əks istiqamətdə yerləşdiyindən, tərəflər arasında hansı söhbətin getdiyini müəyyənləşdirmək mümkün olmayıb.

Milli.Az


Etiketlər:  Gəncəli azarkeşlər futbolçuları söhbətə çağırdı FOTO


RƏYLƏR