Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Oktyabr 2023 12:36
Amerikanın keçmiş vitse-prezidenti Mayk Pens ölkədəki seçki yarışında iştirakını dayandırmaq qərarına gəlib.
Sonxeber.net report-a istinadən xəbər verir ki, o, bunu Las-Veqasda çıxışı zamanı bildirib.
Pens əmin edib ki, mühafizəkar dəyərlər uğrunda mübarizəni heç vaxt dayandırmayacaq.
"Mən ölkədəki hər bir seçkili vəzifəyə prinsipial Respublikaçı liderləri seçmək üçün mübarizəmi heç vaxt dayandırmayacağam. Həmişə bunun qeyri-bərabər döyüş olacağını bilirdik. Amma heç nəyə peşman deyiləm".