Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Onları alnından vurun...” – Kadırovdan şok qərar

“Onları alnından vurun...” – Kadırovdan şok qərar

Tarix: 31 Oktyabr 2023 16:04

Çeçenistanın rəhbəri Ramzan Kadırov etirazçıların saxlanması barədə göstəriş verib.

Sonxeber.net Sfera.az-a istinadən xəbər verir ki, o, bu barədə Rusiya Qvardiyasının nümayəndələrinin iştirakı ilə hökumətin iclasında deyib. Kadırov fikirlərini bu cür ifadə edib:

"İcazəsiz iğtişaşlara gedən bir nəfər də olsa, onu saxlayıb həbs edin. Yaxud, havaya üç xəbərdarlıq atəşi açın və bundan sonra şəxs qanuna əməl etmirsə, alnından dördüncü atəşı açın", - o bildirib.

Müvafiq video Çeçenistan rəhbərinin teleqram kanalında yayımlanıb. Kadırov qeyd edib ki, qanuna tabe olmayan şəxslərin alnına güllənin vurulması onun sifarişidir.

Qeyd edək ki, oktyabrın 29-na keçən gecə Mahaçqalada yəhudi qaçqınların gəlişi ilə bağlı etiraz aksiyaları keçirilib.


Etiketlər:  Onları alnından vurun Kadırovdan şok qərar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ