Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan futbolunda QALMAQAL - Hakimlər meydandan QAÇDI - FOTO

Azərbaycan futbolunda QALMAQAL - Hakimlər meydandan QAÇDI - FOTO

Tarix: 1 Noyabr 2023 08:16

Bu gün Azərbaycan futbolunda növbəti qalmaqal baş verib.

Milli.Az sportinfo.az-a istinadən xəbər verir ki, Hadisə II Liqanın "Göygöl" - "Şəki Siti" qarşılaşmasında (1:2) yaşanıb.

Belə ki, Göygöldə keçirlən matç axıra çatdırılmayıb. Rövşən Rəcəbovun başçılıq etdiyi hakimlər briqadası 83-cü dəqiqədə oyunu dayandırıb.

Buna səbəb ev sahibi komandanın onların qərarına sərt və davamlı etirazıdır. Belə ki, göygöllülərin 3 futbolçusu ikinci hissədə qırmızı vərəqə alıb.

Həmçinin baş məşqçi Araz Mansurov texniki zonadan uzaqlaşdırılıb. Narazılığı bitməyən qərb təmsilçisinin oyunçuları "fit sahibləri"nə təzyiq göstərib.

Milli.Az


Etiketlər:  Azərbaycan futbolunda QALMAQAL Hakimlər meydandan QAÇDI FOTO


RƏYLƏR