Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 May 2019 20:30
Bakı. Ləman Zeynalova - Trend:
Azərbaycan mayın 6-sı Bratislavada (Slovakiya) keçiriləcək Vişeqrad Qrupunun və Şərq Tərəfdaşlığı ölkələrinin görüşündə iştirak edəcək.
Bu barədə Trend-ə Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva deyib.
L.Abdullayeva qeyd edib ki, görüşdə Azərbaycanı xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev təmsil edəcək.
Qeyd edək ki, Vişeqrad dördlüyü və ya V4 kimi də tanınan Vişeqrad Qrupu 4 Mərkəzi Avropa ölkəsinin - Polşa, Çexiya, Slovakiay və Macarıstan - birliyidir.
Şərq Tərəfdaşlığı 2009-cu ildə yaranmış Polşa-İsveç təşəbbüsüdür və Aİ-nin şərq qonşularını əhatə edən Avropanın qonşuluq siyasətinin bir hissəsidir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin