Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ögey atam məni sevirdi - Nura Suri uşaqlarından nəyi gizlədir?

Ögey atam məni sevirdi - Nura Suri uşaqlarından nəyi gizlədir?

Tarix: 1 Noyabr 2023 10:10

"Haqqımda nə yazdıqları vecimə deyil. Amma ailəm, uşaqlarım barədə təhqir yazılanda polisə gedib, ərizə yazıram".

Sonxeber.net bildirir ki, bunu Baku TV-də yayımlanan "Qapqara" verilişində müğənni Nura Suri deyib.

O, övladlarını bu təhqirlərdən qoruya bilmədiyini söyləyib:

"Uşaqlarımın psixologiyası mənimki kimi deyil. Onları buradan nə qədər uzaq saxlasam, Amerikada yaşatsam da, böyük oğlum yazılanları oxuyur".

Ailə münasibətlərindən də danışan müğənni atasından sevgi görmədiyini qeyd edib:

"Doğma atam bizi sevməyib. Ögey atam mənə daha çox atalıq edib. Atam ögey ana əlində böyüyüb. Ona öyrədilməyən şeyi bizə verə bilməyib".


Etiketlər:  Ögey atam məni sevirdi Nura Suri uşaqlarından nəyi gizlədir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ