Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Kəpəz''də dəyişiklik: Əfsanəni göndərdilər

''Kəpəz''də dəyişiklik: Əfsanəni göndərdilər

Tarix: 1 Noyabr 2023 18:08

"Kəpəz" klubunda növbəti ayrılıq baş verib.

Mili.Az fanat.Az-a istinadən xəbər verir ki, Gəncə təmsilçisinin idman direktoru Mehman Allahverdiyev postundan uzaqlaşdırılıb. 

Əslində, bu, bir müddət əvvəl baş verib. Sadəcə nədənsə, rəhbərlik onun göndərilməsini rəsmən açıqlamır. Xəbəri bizə ötürən mənbə bunu, rəhbərliyin azarkeşlərin reaksiyasından çəkinməsi ilə izah edib. 

Allahverdiyev yalnız "Kəpəz" klubunun İdarə Heyətində üzv kimi saxlanılıb. Qeyd edək ki, yerli azarkeşlərin sevimlisi olan, "qərb təmsilçisi"nin keşmiş uğurlarının səbəbkarı Mehman Allahverdiyev idarə heyətinə yayda üzv qəbul olunmuşdu. O, idman direktoru postunda 2022-ci ilin iyunundan çalışırdı.


Etiketlər:  Kəpəzdə dəyişiklik Əfsanəni göndərdilər


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ