Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda qadın pensiyasını artırmaq istəyənlərin başına oyun açdı

Bakıda qadın pensiyasını artırmaq istəyənlərin başına oyun açdı

Tarix: 3 Noyabr 2023 19:16

Bakıda qadın dələduzluqda ittiham olunur.

Sonxeber.net lent.az-a istinadən bildirir ki, İ. Əhmədova dələduzluqda təqsirli bilinir. Belə ki, zərərçəkmiş ondan təqaüdünün yenidən hesablanması və artırılması üçün kömək istəyib. Qadın da onun bu istəyini yerinə yetirəcəyini bildirib. Bu məqsədlə zərərçəkən qadından 15 min manat məbləğində pul alıb.

Həmçinin ittihama görə, İ. Əhmədova iki uşağına sosial müavinət düzəltmək istəyən qadının da 910 manat pulunu ələ keçirib. Ancaq təqsirləndirilən şəxs heç bir vədini yerinə yetirməyib və aldığı pulları da geri qaytarmayıb. Nəticədə zərərçəkənlər hüquq-mühafizə orqanlarına üz tutublar. İ. Əhmədovaya Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq təkrar törədildikdə) maddəsilə cinayət işi açılıb. Hazırda iş üzrə Nərimanov rayon Məhkəməsində istintaq davam edir.

Bundan əlavə, məlum olub ki, İ. Əhmədova əvvəllər də Xəzər rayonu ərazisində təqaüdlərini artırmaq istəyənlərə kömək etmək adı ilə təxminən 20-yə yaxın adamın 100 min manata qədər pulunu alıb. Bu əməlinə görə, təqsirləndirilən şəxs barəsində Xəzər rayon Məhkəməsi həbs qərarı çıxarıb. Onun hazırda həbsdə olduğu bildirilir.


Etiketlər:  Bakıda qadın pensiyasını artırmaq istəyənlərin başına oyun açdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ