Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ-da ''qanuni oğru'' kimi tanınan erməni milyarder AXTARIŞA VERİLDİ - FOTO

ABŞ-da ''qanuni oğru'' kimi tanınan erməni milyarder AXTARIŞA VERİLDİ - FOTO

Tarix: 4 Noyabr 2023 19:50

Rusiya Daxili İşlər Nazirliyi "Robson" kimi tanınan erməni əsilli rusiyalı iş adamı Ruben Tatulyanı axtarışa verib.

Sonxeber.net musavat.com-a istinadən bildirir ki, bu barədə "112" teleqram kanalı məlumat yayıb.

Qeyd olunub ki, buna səbəb Tatulyanın Kubanda ən böyük mütəşəkkil cinayətkar qruplaşmanın rəhbəri olması və yerli inşaatçıların köməyi ilə Soçidə yaşayış binaları və ticarət mərkəzlərinin tikintisi zamanı fırıldaqçılıq etməsi olub. 

Hazırda təhlükəsizlik qüvvələri sahibkarın yerini müəyyənləşdirir. Çox güman ki, o, xaricdədir.

Məlumata görə, Tatulyan 2022-ci ildə Abxaziyada diplomatik pasport alıb.

Xatırladaq ki, sentyabrda Tatulyan və onun dostu Andronik Mumjyan oğurluq işi ilə bağlı axtarışa verilib. 2017-ci ildə Tatulyan ABŞ Xəzinədarlığı tərəfindən "qanuni oğrular" siyahısına salınıb.


Etiketlər:  ABŞ qanuni oğru kimi tanınan erməni milyarder AXTARIŞA VERİLDİ FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ