Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tupakın qətlində təqsirləndirilən qanqsterin məhkəməsi keçirildi

Tupakın qətlində təqsirləndirilən qanqsterin məhkəməsi keçirildi

Tarix: 4 Noyabr 2023 23:18

Reper Tupak Şakuru öldürməkdə şübhəli bilinərək həbs edilən 60 yaşlı keçmiş qanqster Dueyn Devis (Keefe D) məhkəmədə günahsız olduğunu bəyan edib.

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bundan əvvəl isə Dueyn reperin maşınının atəşə tutulduğu "Cadillac" markalı avtomobildə olduğunu bildirib. Lakin şübhəli şəxs Tupakı qardaşı oğlunun öldürdüyünü iddia etmişdi.

Qeyd edək ki, Devis sentyabrın 29-da musiqiçinin ölümündə iştirakda ittiham olunub. Həbs edilən şəxs Komöton Krips bandasının keçmiş üzvüdür. O, əvvəllər Tupakı öldürməkdə şübhəli bilinən, lakin heç vaxt ittiham olunmayan mərhum Orlando Andersonun əmisidir. Anderson reperdən bir neçə il sonra, 1998-ci ildə atışmada ölüb.

Xatırladaq ki, 25 yaşında güllələnən Tupak Şakur hadisə zamanı 7-ci nəsil "BMW" markalı avtomobilin içində olub.


Etiketlər:  Tupakın qətlində təqsirləndirilən qanqsterin məhkəməsi keçirildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ