Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Noyabr 2023 22:56
Yunanıstan və Misirin birgə keçirəcəyi hərbi təlimlər Yaxın Şərqdə baş verən proseslərə görə ləğv edilib.
Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, bu barədə Yunanıstan Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
16-24 noyabr tarixlərində Mirtoan dənizi və Krit adasında keçirilməsi planlaşdırılan "Meduza-13" təlimləri davam edən İsrail-HƏMAS müharibəsinə görə ləğv edilib.
Yunanıstan-Misir birgə təlimlərinin 2024-cü ildə keçiriləcəyi bildirilib.