Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Mahaçqaladakı insidentə görə 201 nəfər saxlanılıb

Mahaçqaladakı insidentə görə 201 nəfər saxlanılıb

Tarix: 6 Noyabr 2023 09:34

Oktyabrın 29-u Mahaçqala hava limanında baş verən insidentdə iştirak edən şəxslərin kimliyinin təyin edilməsi ilə bağlı tədbirlər davam etdirilir.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, ictimai asayişi pozmaqda təqsirli bilinən 201 nəfər saxlanılıb. 

Bununla yanaşı, iğtişaşlarda iştirak edənlərin idarə və istifadə etdiyi 204 nəqliyyat vasitəsi təyin edilib. 

Daha əvvəl yayılan məlumatda 83 nəfərin saxlanıldığı bildirilirdi.

Xatırladaq ki, oktyabrın 29-u yüzlərlə insan Dağıstanın Mahaçqala şəhərinin aeroportunun ərazisində etiraz aksiyasına toplaşıb. Buna səbəb İsraildən gələn təyyarə olub. Belə ki, yerli sakinlər yəhudilərin ərazidən çıxarılmasını tələb ediblər. Etirazçılar kütləvi şəkildə hava limanının binasına daxil olublar. İnsidentlə bağlı hava limanı bağlanıb. Oktyabrın 31-i günorta saatlarında aeroport fəaliyyətini bərpa edib.

Milli.Az


Etiketlər:  Mahaçqaladakı insidentə görə 201 nəfər saxlanılıb


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR