Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Qalatasaray” Xankəndidə oynayacaq? - Açıqlama

“Qalatasaray” Xankəndidə oynayacaq? - Açıqlama

Tarix: 6 Noyabr 2023 14:52

"Qarabağ" ilə Türkiyənin "Qalatasaray" klubu arasında Xankəndidə yoldaşlıq oyunu keçirilməsi ilə bağlı məlumat həqiqəti əks etdirmir.

Milli.Az bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında "Qarabağ" klubunun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev deyib.

"Qarabağ"ın oyunlarının Xankəndidə keçirilməsi ilə bağlı suallar tez-tez gəlir. Bir daha deyirəm, bu barədə hələlik dəqiq məlumat və göstəriş yoxdur", - Hacıyev bildirib.

Qeyd edək ki, sosial şəbəkələrdə "Qarabağ" ilə Türkiyənin "Qalatasaray" klubu arasında Xankəndidə yoldaşlıq oyunu keçirəcəyi ilə bağlı xəbərlər yayılıb. Xəbərlərin yayılmasına səbəb isə Xankəndi şəhər stadionunda sürətli təmir işlərinə başlanılmasıdır.

Milli.Az


Etiketlər:  Qalatasaray Xankəndidə oynayacaq Açıqlama


RƏYLƏR