Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

73 yaşlı ata 2 oğlunu güllələdi - Səbəb dəhşətə gətirir

73 yaşlı ata 2 oğlunu güllələdi - Səbəb dəhşətə gətirir

Tarix: 8 Noyabr 2023 18:32

Rusiya Federasiyasının Sverdlovsk vilayətində ata və uşaqlar arasında baş verən münaqişə qətl və yaralanma ilə başa çatıb. 

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, məlumata görə, 73 yaşlı kişi heç yerdə işləməyən, avaralıq edən, evə qazanc gətirməyən 46 və 51 yaşlı oğulları ilə mübahisə edib, onlardan işləməyi tələb edib.

Qəzəblənən ata silahını götürüb, kiçik oğlunun qarnına, böyük oğlunun isə qoluna iki dəfə atəş açıb.

Kiçik oğlu yerindəcə keçinib, böyük oğlu isə rayon xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib.

Kişi hadisə yerindən qaçmağa çalışsa da, saxlanılıb.


Etiketlər:  yaşlı oğlunu güllələdi Səbəb dəhşətə gətirir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ