Tarix: 4 Noyabr 2019 16:44
“Bavariya”nın baş məşqçisi vəzifəsinə ilk namizəd bəlli olub.
Qol.az “Bild”ə istinadən xəbər verir ki, Münhen Massimiliano Alleqrini komandaya gətirmək istəyir. İtaliyalı mütəxəssisin özünün Almaniyada işlməyə müsbət yanaşdığı bildirilir.
Qeyd edək ki, Alleqri ötən ildən işsizdir. O, son olaraq “Yuventus”u çalışdırıb.