Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Barselona''da növbədənkənar iclas

''Barselona''da növbədənkənar iclas

Tarix: 8 Noyabr 2023 21:12

"Barselona"nın baş məşqçisi Xavi Ernandes UEFA Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda "Şaxtyor"a məğlubiyyətdən (0:1) sonra futbolçuları ilə 45 dəqiqəlik növbədənkənar görüş keçirib.

Sonxeber.net manset.az-a istinadən xəbər verir ki, bu barədə AS məlumat yayıb.

Bu gün Xavi "Barselona"nın bütün futbolçu və məşqçi heyətini paltardəyişmə otağına toplayıb. İspaniyalı mütəxəssis komanda ilə motivasiya söhbəti aparıb. Görüşün müsbət mənada keçdiyi qeyd edilir. Heyət və futbolçular belə qənaətə gəliblər ki, oyunda yaranan problemlərə tez bir zamanda son qoyub, qarşıdakı matçlarda yüksək pilləyə qalxmaq lazımdır.

Xatırladaq ki, UEFA Çempionlar Liqasının qrup mərhələsinin 4 turundan sonra "Barselona"nın 9 xalı var və H qrupunda 1-ci yeri tutur.


Etiketlər:  Barselonada növbədənkənar iclas


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ