Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rəisi od püskürdü - Bu cinayətlərə şəriksiniz!

Rəisi od püskürdü - Bu cinayətlərə şəriksiniz!

Tarix: 9 Noyabr 2023 20:16

ABŞ hökuməti İsrailin Qəzza zolağında törətdiyi cinayətlərdə şərikdir.

Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, bunu İran prezidenti İbrahim Rəisi İqtisadi Əməkdaşlıq Təşkilatının Daşkənddə keçirilən sammitində deyib.

"İsrail ABŞ və bəzi Avropa ölkələrinin siyasi, maliyyə, hərbi və kəşfiyyat dəstəyi ilə öz hərbi maşınını müdafiəsiz Fələstin xalqına qarşı istifadə edir. İran bunu hərtərəfli dəstək hesab edir. Qərbin, xüsusən də Amerika hökumətinin İsrailin Qəzzayə hücumunu bu cinayətin davam etməsinə səbəb kimi qiymətləndirir. İndi bütün dünyaya ABŞ hökumətinin İsrailin cinayətlərində şərik olduğu aydındır", - Rəisi bildirib.


Etiketlər:  Rəisi püskürdü cinayətlərə şəriksiniz


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ