Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Dostunu əvvəl döydü, sonra zirzəmidə kölə kimi zəncirlədi: Qorxunc hadisə

Dostunu əvvəl döydü, sonra zirzəmidə kölə kimi zəncirlədi: Qorxunc hadisə

Tarix: 10 Noyabr 2023 11:58

Rusiyalı kişi dostu ilə iş məsələsində mübahisə etdikdən sonra onu kölə kimi zəncirləyib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, qorxunc hadisə Novosibirsk vilayətində baş verib. Bu barədə vilayət prokurorluğu məlumat yayıb.

Bildirilir ki, dostlardan biri fərdi sahibkar olmaq istəməyib. Qarşı tərəf buna əsəbiləşərək onu döyüb, sonra zirzəmidə pilləkənlərə zəncirləyib və onun səhərə qədər orada qalacağını bildirib.

Bir müddət sonra zirzəmini açaraq, dostundan telefonu alıb və kişini başqa otaqdakı radiatora bağlayıb. Cani sərxoş olduğundan tezliklə yuxuya gedib, bunu görən girov özünü azad edərək qaça bilib.

Faktla bağlı şübhəli şəxs barəsində cinayət işi başlanıb.

Milli.Az


Etiketlər:  Dostunu əvvəl döydü sonra zirzəmidə kölə kimi zəncirlədi Qorxunc hadisə


RƏYLƏR