Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Noyabr 2019 20:20
Bir müddət öncə infarkt keçirən "Portu"nun qapıçısı İker Kasilyas yaşıl meydanda məşqlərə başlayıb.
Qol.az-ın "AS"a istinadən yaydığı xəbərə görə, ispan qolkiper 20-25 dəqiqədə fərdi qaydada məşq edib.
Qeyd edək ki, 2015-ci ilin yayından "Portu"da çıxış edən Kasilyas may ayının əvvəlində infarkt keçirmişdi. Onun klubu ilə 1 illik müqaviləsi var.