Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Noyabr 2023 21:48
AB Ukrayna, Moldova və Gürcüstana quruma qoşulmaq üçün zəruri islahatların aparılmasında dəstək verməlidir.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu Almaniya kansleri Olaf Şolts deyib.
"Biz sülhü və sabitliyi reallığa çevirməliyik. Eyni zamanda, biz Avropa Birliyinə daxil olmaq üçün zəruri olan islahatların aparılmasında hər kəsə dəstək olmalıyıq. Bu, Moldova, Ukrayna və Gürcüstana da aiddir", - Şolts bildirib.
Onun sözlərinə görə, AB Kiyevə lazım olduğu müddətcə yardım edəcək.