Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İlin döyüşü: Sadıqov Borşçevlə bərabərə qaldı - FOTO

İlin döyüşü: Sadıqov Borşçevlə bərabərə qaldı - FOTO

Tarix: 12 Noyabr 2023 13:40

Azərbaycanın qarışıq döyüş növləri üzrə döyüşçüsü Nazim Sadıqov UFC-də üçüncü görüşünü keçirib.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, o, Nyu-Yorkun məşhur "Madison Square Garden" meydanında təşkil olunan böyük "UFC 295" turnirində rusiyalı Vyaçeslav Borşçevlə qarşılaşıb.

Sadıqov Borşçevə qarşı döyüşə olduqca fəal başlayıb. İlk dəqiqənin sonunda o, rusiyalıdan güclü zərbə alsa da, müvazinətini itirməyib. Sonrakı dəqiqələrdə həmyerlimiz rəqibin kəskin zərbələrindən qaçaraq qarşılıq verməyi bacarıb.

İkinci raunda Nazim hücumla başlayıb: aşağıya, bədənə güclü zərbələr və baş nahiyəsinə ardıcıl hücumlar edib.
Raundun ortalarında Nazimin ağır zərbəsinə Borşçev tab gətirə bilməyərək yıxılıb. Möcüzə nəticəsində rus döyüşü oyunu davam etdirib, lakin Sadıqovun dirsək zərbəsindən sonra onun üzü qana boyanıb.

Üçüncü raund daha sakit başlayıb. Nazim döyüşə həyacan qatmağı bacardıb, lakin Borşçev əks-hücumlarla cavabı ləngitməyib.

Nəticədə hakimlərin qərarı ilə döyüş heç-heçə başa çatıb.

Milli.Az


Etiketlər:  İlin döyüşü Sadıqov Borşçevlə bərabərə qaldı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ