Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Noyabr 2023 17:46
Bir ildən çoxdur ki, tikintisi yekunlaşan Bakı-Şamaxı-Yevlax yolunun Şamaxı rayonunun ərazisindən keçən hissəsində yerləşən geriyə dönmə dairəsi sökülüb və yeri dəyişdirilib.
Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki, geriyədönmə yeri əvvəlki hissədən bir neçə kilometr aralıya çəkilib.
Yaxınlıqda yaşayan sakinlər isə bundan narazıdır.
Sakinlər problemin tezliklə həll edilməsini, geriyə dönmə hissənin əvvəlki yerinə qaytarılmasını istəyirlər.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, əraziyə baxış keçirilib. Təhlükəsizlik baxımından sözügedən ərazidə geridönmə hissənin yaradılması mümkün deyil. Bu barədə rəsmi olaraq vətəndaşlara da məlumat verilib.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: