Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Noyabr 2023 20:00
Braziliya A seriyasında keçirilən "Qremio" - "Korintians" matçında baş verənlər dünya futbolunun gündəminə bomba kimi düşüb.
Sonxeber.net Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Korintians"ın meneceri Alessandro Nunes və onunla birlikdə bir neçə klub işçisi qırmızı kart qərarına qəzəblənərək VAR otağına daxil olmağa çalışıblar.
Məmurların müdaxiləsi ilə içəri girməsinə mane olan şəxslər həmin anları lentə alan mətbuat mənsublarına da hücum edib.