Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bahalaşan və ucuzlaşan məhsulların SİYAHISI - VİDEO

Bahalaşan və ucuzlaşan məhsulların SİYAHISI - VİDEO

Tarix: 15 Noyabr 2023 00:00

Oktyabr ayında bəzi məhsullar bahalaşıb.

Milli.Az Xezerxeber.az-a istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlum olub ki, bu ilin oktyabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma düyü, mal və qoyun əti, balıq, yumurta və meyvə-tərəvzələrin qiymətlərində qeydə alınıb.

Ucuzlaşma isə əsasən çörək, günəbaxan və qarğıdalı yağları, şəkər tozu, qarabaşaq və qəhvənin qiymətlərində müşahidə olunub.

Qeyri-ərzaq məhsullarından bahalaşma əsasən paltaryuyan maşınların, sementin, kəsilmiş taxtaların, ucuzlaşma isə mobil telefonların və planşet tipli kompüterlərin qiymətlərində müşahidə olunub.

2023-cü ilin oktyabr ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri əvvəlki aya nisbətən 100,0 faiz, əvvəlki ilin oktyabr ayına nisbətən isə 104,5 faiz təşkil edib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az


Etiketlər:  Bahalaşan ucuzlaşan məhsulların SİYAHISI VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ