Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Noyabr 2023 19:15
Jony ləqəbi ilə Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlı müğənni Cahid Hüseynli (Jony) ilin ən yaxşı müğənnisi adına layiq görülüb.
Sonxeber.net bizim.media-ya istinadən bildriir ki, bu mükafat sənətçiyə Rusiyada keçirilən "Voice" dərgisinin "Main Persons" (Mühüm personalar) mükafatlandırma mərasimində təqdim edilib.
Jony-yə mükafatı "Artik & Asti" qrupunun solisti Sevillen (Sevil Vəliyeva - red.) təqdim edib.
Qeyd edək ki, Jony daha əvvəl də Rusiyanın ən yaxşı müğənnisi seçilib. Ulduz bir neçə dəfə "Heat Music Awards" və Rusiyanın "RuTV" kanalının keçirdiyi mükafatlandırmada "İlin Müğənnisi" adını alıb.