Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ukrayna Putinin adamı olan erməniyə 10 il həbs cəzası kəsdi

Ukrayna Putinin adamı olan erməniyə 10 il həbs cəzası kəsdi

Tarix: 16 Noyabr 2023 00:54

Ukrayna məhkəməsi rusiyalı radio və teleaparıcı, bloqqer, erməni əsilli Armen Qasparyanı əmlakı müsadirə olunmaqla 10 il müddətinə azadlıqdan qiyabi məhrum edib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti (SSU) məlumat yayıb.

Qeyd olunur ki, Qasparyan "millətsizləşdirmə ideoloqu" hesab olunur, çünki məhz o, bu termini populyarlaşdıraraq, 2022-ci ilin tammiqyaslı işğalından xeyli əvvəl Ukraynaya hücum kontekstində istifadə etməyə başlayıb.

Departament qeyd edib ki, Qasparyan 2018-ci Ukrayna dövlətinin qeyri-sabitliyi ilə bağlı yalan şayiələr yayıb və Rusiya rəhbərliyini Ukraynaya hərbi hücuma keçməyə çağırıb.

Qasparyan Ukrayna Cinayət Məcəlləsinin üç maddəsi ilə təqsirli bilinib: soyqırımına ictimai çağırışlar, o cümlədən soyqırımına çağırışlarla bağlı materialların hazırlanması, konstitusiya quruluşunun zorakılıqla dəyişdirilməsi və ya devrilməsi və ya dövlət hakimiyyətinin ələ keçirilməsi, Ukraynanın ərazi bütövlüyünə qəsd məqsədi daşıyan hərəkətlər.

2023-cü ilin aprelində Rusiya prezidenti Vladimir Putin Qasparyanı Rusiya İctimai Palatasına daxil edib.

Milli.Az


Etiketlər:  Ukrayna Putinin adamı olan erməniyə 10 il həbs cəzası kəsdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ