Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Noyabr 2023 18:58
Qəzza zolağında yerləşən Qüds tibb mərkəzində xəstələri müalicə etmək mümkünsüz hala gəldiyindən pasiyentlər anklavın cənubdakı xəstəxanalara yerləşdiriliblər.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, bu barədə Fələstin Qızıl Aypara Cəmiyyəti məlumat yayıb.
"Çətin və təhlükəli bir gün idi. Bu gün xəstəxananın başına gələn faciəvi vəziyyətə görə tibb mərkəzində qapalı qalan xəstələri, onların ailələrini və tibb qruplarını təxliyə edə bildik. Təxliyə 10 gündən çox mühasirədən sonra həyata keçirildi. Bu müddət ərzində tibbi və humanitar ləvazimatların xəstəxanaya çatdırılmasının qarşısı alınıb", - deyə Fələstin Qızıl Aypara Cəmiyyətinin bəyanatında qeyd olunub.