Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Zaqatalada xəstəlik yayıldı - bir ayda 64 nəfər...

Zaqatalada xəstəlik yayıldı - bir ayda 64 nəfər...

Tarix: 17 Noyabr 2023 17:39

Zaqatala Rayon Mərkəzi Xəstəxanasına 2023-cü ilin oktyabrın 11-dən noyabrın 17-dək qızılca simptomları ilə 64 müraciət daxil olub.

Bu barədə TƏBİB-dən məlumat verilib.

Qeyd edilib ki, onlardan 46-sı müayinə olunaraq ambulator müalicə üçün evə buraxılıb. Ambulator xəstələrdən 8 uşaqdır, vəziyyətləri stabildir.

"Bu müddət ərzində xəstəxanaya müraciət edən 19 nəfər (5-i uşaq olmaqla) stasionar müalicə alıb. Onlardan 10 xəstə artıq evə buraxılıb. 9 xəstənin isə stasionar müalicəsi davam etdirilir", - deyə əlavə edilib.

Milli.Az


Etiketlər:  Zaqatalada xəstəlik yayıldı bir ayda 64 nəfər


RƏYLƏR