Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyə bu qırıcıdan 40 ədəd almaq istəyir

Türkiyə bu qırıcıdan 40 ədəd almaq istəyir

Tarix: 18 Noyabr 2023 09:22

Türkiyə hakimiyyəti ölkənin Hərbi Hava Qüvvələrini gücləndirmək üçün 40 ədəd "Eurofighter Typhoon" qırıcısı almağa hazırlaşır.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Yaşar Güler bildirib.

Çoxməqsədli qırıcı "Eurofighter Typhoon" Böyük Britaniya, Almaniya və İspaniyadan olan bir neçə müstəqil şirkətin birgə səyinin nəticəsidir. Güler ​​artıq London və Madridlə döyüş təyyarələrinin alınması ilə bağlı razılaşmanın əldə olunduğunu, lakin Berlinlə danışıqlar mərhələsində problemlər yarandığını bildirib.

"Biz Eurofighter almaq istəyirik, bu, çox effektiv təyyarədir. Amma Almaniya buna etiraz edir. İngiltərə və İspaniya deyirlər: "Biz bu problemi həll edəcəyik". Biz İngiltərə və İspaniyadan 40 döyüş təyyarəsi almağı planlaşdırırıq", - o deyib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniyanın mövqeyinə baxmayaraq, ölkənin özünü döyüş təyyarələri ilə təmin edəcəyini bildirib.

Milli.Az


Etiketlər:  Türkiyə qırıcıdan ədəd almaq istəyir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ