Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Prezident “Əmək pensiyaları haqqında” qanuna dəyişiklikləri təsdiqlədi

Prezident “Əmək pensiyaları haqqında” qanuna dəyişiklikləri təsdiqlədi

Tarix: 18 Noyabr 2023 15:24

Prezident İlham Əliyev "Əmək pensiyaları haqqında" qanuna dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, dəyişikliklə qanunun 1.0.6-cı və 1.0.7-ci maddələri yeni redaksiyada verilib.

Dövlət sosial sığorta sistemində fərdi uçot - Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq əmək pensiyası və sosial müdafiə sahəsində digər hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunana dair "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" Azərbaycan Respublikası Qanununun 5.2-ci maddəsində nəzərdə tutulan məlumatların uçotunun təşkili və aparılmasıdır;

Fərdi şəxsi hesab - hər bir sığortaolunana müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən sosial sığorta nömrəsi ilə açılan, dövlət sosial sığorta sistemində fərdi uçot məlumatlarının əks olunduğu hesabdır.

Milli.Az


Etiketlər:  Prezident Əmək pensiyaları haqqında qanuna dəyişiklikləri təsdiqlədi


RƏYLƏR