Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Anar bu şəxslərə ev verib? - Siyahıda müşaviri və sürücüsü də var

Anar bu şəxslərə ev verib? - Siyahıda müşaviri və sürücüsü də var

Tarix: 18 Noyabr 2023 20:08

Bir neçə gündür ki, mətbuat və sosial şəbəkələrdə Azərbaycan Yazıçılar Birliyinin bir qrup yazıçıya ev verdiyi, lakin siyahını açıqlamadığı bildirilir.

Milli.Az bildirir ki, bu iddia ilə bakupost.az çıxış edib.

Siyahıda kimlərin adı olması ilə bağlı öncə AYB-nın mətbuat xidmətinin rəhbəri Xəyal Rza ilə əlaqə saxladıq. Ondan sosial şəbəkələrdə yayılan siyahının doğru olub-olmadığını soruşduq.

Xəyal Rza binanın AYB-yə məxsus olmadığını, sosial şəbəkələrdə yayılan siyahının isə reallığı əks etdirmədiyini bildirdi:

"Bina bizim deyil. Hələlik tikinti tam başa çatmayıb. Sosial şəbəkələrdə yayılan siyahı isə düzgün deyil".

Bakupost.az-ın əldə etdiyi məlumata görə, yazıçılar arasında qalmaqala səbəb olan bina AYB-yə məxsus torpaq sahəsində tikilir. Xətai metrosu yaxınlığında tikilən 12 mərtəbəli binada 200-ə yaxın mənzil var. Həmin mənzillərdən 30-nun AYB-yə ayrıldığı bildirilir.

Məlumata görə, AYB həmin mənzillərdən 21-nı öz üzvlərinə vermək barədə qərar qəbul edib. Qeyd olunur ki, mənzillər təmirsizdir.

"AYB-nın 21 üzvünə verilən mənzillərin əksəriyyəti 1-2 otaqlıdır. Lakin 3-4 otaqlı mənzillər də var. 21 mənzil əsasən, AYB-nın idarə aparatında çalışanlara, oradan dəfələrlə ev və maşın alanlara verilib. Onların arasında elələri var ki, bu, AYB-dən aldığı üçüncü mənzildir", - deyə mənbəmız bildirib.

Maraqlı nüanslardan biri də odur ki, ev alanlar arasıda AYB sədri Anarın sürücüsü, bəzi katiblərin isə katibələri də var.

Beləliklə, siyahını təqdim edirik:

1.Əli - Təsərrüfat şöbəsinin müdiri
2.Elmar - Təsərrüfat şöbəsinin işçisi
3.Anarın sürücüsü
4.Elxan Zal - evi var
5.Ülviyyə Heydərova - jurnalist
6.Arifə Əliyeva - Kadrlar şöbəsinin müdiri, AYB-dən ücüncü evi alıb.
7.Məlahət Qənbərova
8.Rauf Aslanov - Anarın müşaviri
9.Şəmsiyyə Camalova - İlqar Fəhminin katibəsi, evi var
10.Aləmzar Sadıqqızı - ilk dəfə alıb
11.Narıngül Nadir - evi var.
12.Şəfəq Sahibli - evi var.
13.Südabə Ağabalayevə - "Azərbaycan" jurnalının baş redaktoru
14.Elçin Hüseybəyli - evi var
15.Firuz Mustafa - evi var
16.Vaqif Əlixanlı - evi var
17.Dəynaət Osmanlı - AYB-dən aldığı ikinci ev
18.Xanəmir - evi var
19.Ulucay Akif - evi var
20.Güləmayıl Murad- evi var
21.Gülxani Pənah - evi var.

Milli.Az


Etiketlər:  Anar bu şəxslərə ev verib Siyahıda müşaviri sürücüsü var


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ