Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

76 yaşlı prodüser əməliyyat olundu

76 yaşlı prodüser əməliyyat olundu

Tarix: 19 Noyabr 2023 01:30

Rusiyalı məşhur prodüser-musiqiçi 76 yaşlı Bari Alibasov növbəti dəfə onurğasından əməliyyat olunub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçinin kürəyindəki problemlər 2021-ci ildə üçüncü mərtəbənin pəncərəsindən yıxıldıqdan sonra başlayıb. Onun səhhəti ilə bağlı oğlu məlumat verib:

"Sınamadığımız bir şey qalmadı. Masajlar, korset... Heç nə kömək etmədi. Ağrının səbəbi fərqli bucaqdan MRT-dən istifadə edilərək tapıldı. Məlum oldu ki, atamın fəqərələrindən biri səhv birləşib və qabağa çıxıb. Onu yerinə qoymaq üçün cərrahiyyə əməliyyatı aparıldı. Atam artıq o qədər əməliyyat keçirib ki, başqa bir əməliyyat onun üçün ağcaqanad dişləməsi kimidir. Hazırda özünü yaxşı hiss edir".

Milli.Az


Etiketlər:  76 yaşlı prodüser əməliyyat olundu


RƏYLƏR