Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Noyabr 2019 16:04
Alimlər tərəfindən hazırlanmış yeni printer olduqca yüksək detallaşdırmaya və rəng çalarlarına malik rəqəmli “3D” holoqramlar hazırlayır. Yeni printer muzey ekspozisiyaları, arxitektura maketləri, incəsənət əsərləri və ya reklam üçün yüksək təsvir ölçülü obyektlərin yenidən hazırlanmasında istifadə edilə bilər. Bundan başqa, holoqramlara baxış eynək və ya xüsusi baxış vasitələri tələb etmir.
“ICTnews” Elektron Xəbər Xidməti “hightech.fm” saytına istinadən yazır ki, "15 il davam edən tədqiqat layihəmiz əvvəlki texnologiyaların bütün üstünlüklərini və bahalı lazer, aşağı çap sürəti, məhdud görünüş sahəsi və dolğun olmayan rənglər kimi çatışmazlıqların aradan qaldırılmasını özündə birləşdirən holoqrafik printerin hazırlanmasını nəzərdə tuturdu" – tədqiqat qrupunun rəhbəri İv Djente deyib. "Biz yüksək keyfiyyətli rəngli holoqramların hazırlanması üçün ucuz kommersiya lazeri və yüksək sürətli çapdan istifadə edən “CHIMERA” printerini yaratmağa nail olduq".
Printer tədqiqatçılar tərəfindən hazırlanmış xüsusi qurğunun köməyi ilə əldə edilmiş “3D” kompüter modellərinin əsasında holoqramlar hazırlaya bilər.
Emil Hüseynov