Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Məşhur reperin malikanəsi qarət olundu

Məşhur reperin malikanəsi qarət olundu

Tarix: 20 Noyabr 2023 10:15

"Russ" ləqəbi amerikalı məşhur reper Rassel Ceymsin Corciyadakı malikanəsi qarət olunub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, naməlum şəxslər sənətçiyə məxsus 5 odlu silah, 9 və 15 min dollar dəyərində iki "Chanel" çanta və onun sevgilisinin "Mercedez-Benz C-Class AMG" avtomobilini oğurlayıblar.

Hadisə zamanı ifaçı evdə olmayıb. 

Polisə təqdim olunan müşahidə kameralarının görüntülərində axşam saatlarında iki əlcəkli şəxsin həyatdən evə daxil olduqları üzə çıxıb.

Cinayətkarların şəxsiyyəti hələlik müəyyən edilməyib.

Milli.Az


Etiketlər:  Məşhur reperin malikanəsi qarət olundu


RƏYLƏR