Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şahmat millimizdən Avropa çempionatında TARİXİ NƏTİCƏ

Şahmat millimizdən Avropa çempionatında TARİXİ NƏTİCƏ

Tarix: 21 Noyabr 2023 00:34

Monteneqroda şahmat üzrə komandalar arasında Avropa çempionatında sonuncu IX turun oyunları keçirilib.

Sonxeber.net report-a istinadən xəbər verir ki, qadın şahmatçılardan ibarət Azərbaycan komandası son turda Serbiyanı məğlub edib.

Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva və Xanım Balacayeva son turda qələbə qazanıb. Birinci lövhədə çıxış edən Günay Məmmədzadə məğlub olub. Yekunda 3-1 hesablı qələbə qazanan Azərbaycan komandası tarixdə ilk dəfə Avropa çempionatının gümüş medalına layiq görülüb.

Qeyd edək ki, Azərbaycan komandası çempionatda 7 turda qələbə qazanıb. Yalnız bir tur gələcək çempion olan Bolqarıstana məğlub olub. Bir turda isə heç-heçə qeydə alınıb.


Etiketlər:  Şahmat millimizdən Avropa çempionatında TARİXİ NƏTİCƏ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ