Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Noyabr 2019 19:03
Bakı. Nərgiz Sadıxova - Trend:
Azərbaycan Dünya İqtisadi Forumunun hazırladığı “Qlobal rəqabətqabiliyyətlilik indeksi”nin “Hökumətin dəyişikliklərə reaksiyasının çevikliyi” göstəricisində 141 ölkə arasında 5-ci yeri tutaraq MDB ölkələri arasında lider olub.
Trend-in məlumatına görə, Azərbaycan bu göstəricidə Tacikistan (31-ci yer), Böyük Britaniya (16-cı yer), Qazaxıstan (39-cu yer), Rusiya (63-ci yer), Moldova (104-cü yer) və Qırğızıstanı (105-ci yer) qabaqlayıb.
Bu reytinqdə birinci yerdə Sinqapur qərarlaşıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin