Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Zədəli Neymar sevimli məşğuliyyətindən bu qədər qazandı - MƏBLƏĞ

Zədəli Neymar sevimli məşğuliyyətindən bu qədər qazandı - MƏBLƏĞ

Tarix: 22 Noyabr 2023 15:26

Ciddi zədə səbəbindən yaşıl meydandan uzaq düşən braziliyalı hücumçu Neymar özünü pərəstişkarı olduğu poker oyununa həsr edib. 

Milli.Az fanat.az-a istinadən xəbər verir ki,  İtaliyanın "ITASportPress" agentliyinə istinadən xəbər verir ki, ulduz futbolçu bu dəfə "PokerStars" turnirinə qatılıb. 

Neymar iştirak etdiyi yarışda beşinci yeri tutub. Turnirin yekun təsnifatında belə yüksək mövqe Neymara 4677 dollar qazanmağa imkan verib.

Xatırladaq ki, "Əl-Hilal"ın və Braziliya millisinin ulduzu oktyabrın 18-də zədələnib. O, DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Braziliya millisinin səfərdə Uruqvaya qarşı keçirdiyi matçda (0:2) sıradan çıxıb. Müayinə zamanı ön xətt oyunçusuna sol dizinin çarpaz bağlarının qırılması və menisk yırtığı diaqnozu qoyulub. 

Milli.Az


Etiketlər:  Zədəli Neymar sevimli məşğuliyyətindən bu qədər qazandı MƏBLƏĞ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ