Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Noyabr 2019 20:12
Bakı. Trend:
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İsveçrə parlamentinin yuxarı palatası Kantonlar Şurasının (Senat) Xarici əlaqələr komitəsinin sədri, İsveçrə-Azərbaycan parlamentlərarası dostluq qrupunun həmsədri Filippo Lombardi və dostluq qrupunun parlamentin aşağı palatası Milli Şuradan həmsədri, Montrö şəhərinin meri və İsveçrə Xarici Siyasət Assosiasiyasının vitse-prezidenti Loran Verli ilə görüşlər keçirib.
Trend-in məlumatına görə, görüşlərdə iki ölkə arasında əməkdaşlıqda parlament ölçüsünün əhəmiyyəti vurğulanıb. Hikmət Hacıyev qarşı tərəfə ölkəmizdə geniş vüsət almış islahat prosesləri, o cümlədən iqtisadiyyat və dövlət idarəçiliyi sahələrində aparılan islahatlar barədə məlumat verib.
Bundan başqa, tərəflər beynəlxalq parlamentlərarası əməkdaşlıq qurumlarında qarşılıqlı dəstək praktikasının davam etdirilməsi, İsveçrə-Azərbaycan münasibətlərinin inkişafında parlament ölçüsünün rolunun gücləndirilməsi, eləcə də İsveçrə və Azərbaycan regionları arasında əməkdaşlıq əlaqələrinin qurulması imkanları ətrafında fikir mübadiləsi aparıblar.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin