Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Noyabr 2023 05:45
Dünya şöhrətli müğənni Şakira keçmiş sevgilisi, futbolçu Jerar Pikeyə nə az, nə çox düz 120 milyon avro xərcləyibmiş.
Sonxeber.net lent.az-a istinadən bildirir ki, bu barədə Şakiranın vəkili Pay Molins məlumat yayıb. O əlavə edib ki, kaş Şakira Serxio Ramosa aşiq olardı, o zaman daha az xərci çıxardı. "İspanın ispandan fərqi yoxdur",- deyə o qeyd edib.
Molins bildirib ki, əgər Kataloniyada yaşayırsansa, səni burada rahatca həbs edə bilərlər, çünki Madriddə cinayət sayılmayan bəzi şeylər burada cinayət hesab olunur. "Madridə varlı olduğuna görə vergi ödəmirsən" deyə Molins qeyd edib.
Qeyd edək ki, Şakira və Pike 2010-cu ildə görüşməyə başlayıblar. 2 il sonra Milan, 4 il sonra isə Saşa adlı oğulları dünyaya gəlib. Cütlük rəsmi nikaha girməyib. 2022-ci ildə Şakira xəyanət səbəbi ilə Pikedən ayrılıb.
İndi onun İspaniyada yaşadığı müddətdə ödəmədiyi vergilərə görə məhkəmə ilə başı dərddədir. Müğənni 3 il müddətinə şərti qaydada azadlıqdan məhrum edilə bilər.