Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakının mərkəzində səkidə restoran açıblar - FOTO

Bakının mərkəzində səkidə restoran açıblar - FOTO

Tarix: 23 Noyabr 2023 10:12

Bakı şəhərinin Nərimanov rayonu Xan Şuşinski 36 ünvanında yerləşən evlər qanunsuz olaraq qeyri-yaşayış obyektinə çevrilib.

Milli.Az bildirir ki,  bu barədə BUTA.TV-yə sakinlər məlumat verib.

Belə ki, əlavə olaraq obyektin ərazisinin böyüdülməsi məqsədi ilə piyadaların istifadə etdiyi səki zəbt edilərək yerində restoran açılıb. 

Yaxın ərazidəki sakinlər tərəfindən redaksiyamıza edilən şikayət əsasında məsələni araşdırmağa çalışdıq.

Məlum oldu ki, qeyri-qanuni şəkildə atılan bu addım şəhərsalma qaydalarına zidd olmaqla yanaşı yolun səki istiqamətində hərəkət edən şəhər sakinlərini məcburi şəkildə avtomobil zolağına çıxaraq hərəkət etməsinə səbəb yaradır.

Bu, xüsusən də yaşlılar və uşaqlar başda olmaqla səkidən istifadə edən bütün sakinlərin həyatını təhlükəyə atmış olur. 

Mövzu ilə əlaqədar araşdırmamızı davam etdirəcəyik.

Milli.Az


Etiketlər:  Bakının mərkəzində səkidə restoran açıblar FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ