Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

KAAN-ın ilk uçuşunun tarixi açıqlandı

KAAN-ın ilk uçuşunun tarixi açıqlandı

Tarix: 23 Noyabr 2023 14:52

KAAN milli döyüş təyyarəsinin ilk uçuşunun dekabrın 27-də həyata keçirilməsi planlaşdırılır.

Sonxeber.net-ın TurkicWorld-ə istinadən məlumatına görə, yerli mühərrik 2028-ci ildə hazır olacaq və KAAN-ın 2032-ci ildən etibarən inventara daxil olacağı gözlənilir.

Qeyd edək ki, Türk Uçak Sanayi Anonim Ortaklığı (TUSAŞ) tərəfindən hazırlanan milli döyüş təyyarəsinin məqsədi ABŞ-dən alınan F-16 və F-35 qırıcı təyyarələrini əvəz etməkdir. Milli döyüş təyyarəsinin ilk uçuş testi 2023-cü il martın 16-da keçirilib və uğurla tamamlanıb.

Mayın 1-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən "İstikbalin Yüzyılı" proqramında Milli döyüş təyyarəsinə KAAN adını verib.


Etiketlər:  KAAN uçuşunun tarixi açıqlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ