Tarix: 5 Noyabr 2019 22:48
İngiltərə Futbol Federasiyası “Totenhem”in futbolçusu Son Hın Minin qırmızı vərəqəsi ilə bağlı apellyasiya şikayətinə cavab verib.Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı məlumata görə, 27 yaşlı futbololçuya göstərilən qırmızı vərəqə ləğv edilib. Beləliklə, koreyalı futbolçunun 3 oyunluq cəzası aradan qalxıb.
Qeyd edək ki, Son Hın Minə Premyer Liqaının 11-ci turunda "Everton"la matçda 79-cu dəqiqədə rəqib futbolçu Andre Qomeşlə toqquşmasından sonra görüşün baş hakimi Martin Atkinson əvvəlcə sarı vərəqə göstərsə də, yarımmüdafəçinin ayağının qırıldığını bildikdən sonra qərarını dəyişərək onu qırmızı vərəqə ilə meydandan qovub.