Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

COVID-19-un ağır simptomlarının qarşısını almağın yolu açıqlandı

COVID-19-un ağır simptomlarının qarşısını almağın yolu açıqlandı

Tarix: 24 Noyabr 2023 06:09

Alimlər müəyyən ediblər ki, duzlu su ilə qarqara COVID-19 zamanı ağır simptomlar və xəstəxanaya yerləşdirmə riskini azaldır.

Milli.Az oxu.az-a istinadən bildirir ki, tədqiqatın nəticələri ABŞ-nin Kaliforniya ştatında Amerika Allergiya, Astma və İmmunologiya Kollecinin konfransında təqdim edilib.

2020-ci ildən 2022-ci ilə qədər olan dövr ərzində koronavirusa yoluxmuş 18-65 yaş arası təsadüfi seçilmiş bir qrup şəxs duzlu su ilə qarqara və burunun yuyulması rejimindən keçib. 14 gün ərzində onlar bu proseduru tərkibində müxtəlif konsentrasiyalarda duz olan mayelərlə həyata keçiriblər.

Nəticədə məlum olub ki, duzun konsentrasiyası son nəticəyə təsir etmir. Bu cür məhlullarla qarqara edən, burnunu yuyanlarda xəstəxanaya yerləşdirmə tezliyi və ağır xəstəliyin gedişatı halları bunu etməyənlərə nisbətən xeyli aşağıdır.

Milli.Az


Etiketlər:  COVID 19 un ağır simptomlarının qarşısını almağın yolu açıqlandı


RƏYLƏR