Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mədəaltı vəzi xərçəngini daha dəqiq aşkarlayan test hazırlandı

Mədəaltı vəzi xərçəngini daha dəqiq aşkarlayan test hazırlandı

Tarix: 25 Noyabr 2023 07:57

Çin, ABŞ və Çexiyadan olan alimlər kompüter tomoqrafiyasından istifadə edərək, mədəaltı vəzi kanallarının adenokarsinomasının erkən aşkarlanması üçün dərin araşdırmaya əsaslanan metod hazırlayıblar.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə tədqiqatın nəticələri "Nature Medicine" jurnalında dərc edilib.

Mədəaltı vəzi xərçəngi gec aşkar edildikdə pasiyentlərin əksəriyyəti təxminən bir il yarım yaşayırlar. Buna görə də, yeni araşdırma aparan elm adamları kontrastsız KT müayinəsi ilə mədəaltı vəzi xərçəngini aşkar etmək üçün PANDA metodunu təqdim ediblər. Testlər PANDA-nın xərçəngin aşkarlanmasında təsirli olduğunu, spesifikliyi və həssaslığı ilə rentgenoloqları müvafiq olaraq, 6,3 faiz və 34,1 faiz üstələdiyini nümayiş etdirib. Metod süni intellektə əsaslanaraq hazırlanıb.


Etiketlər:  Mədəaltı vəzi xərçəngini daha dəqiq aşkarlayan test hazırlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ