Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Noyabr 2023 19:40
İngiltərə millisinin və Almaniyanın "Bavariya" klubunun futbolçusu Harri Keyn 2023-cü ilin ən məhsuldar oyunçusu ünvanını ələ keçirib.
Sonxeber.net report-a istinadən xəbər verir ki, 30 yaşlı hücumçu buna Bundesliqanın XII turunda "Köln"ə 1:0 hesabı ilə qalib gəldikləri matçda fərqlənməklə nail olub.
Forvard cari ildə "Bavariya", "Tottenhem" və İngiltərə yığmasının heyətində ümumilikdə 49 qola imza atıb.
"Mançester Siti"dən norveçli Erlinq Holann və "Əl-Nəsr"də çıxış edən portuqaliyalı Kriştianu Ronaldu 48 qolla yadda qalıblar. PSJ-nin fransalı hücumçusu Kilian Mbappe isə 47 dəfə rəqib qapılarına yol tapıb.