Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Noyabr 2023 22:06
Kiyevdə "Vətən" abidəsinin yanında asılan Ukraynanın ən böyük bayrağı güclü külək nəticəsində ikiyə bölünüb.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə TASS şəhər administrasiyasına istinadən məlumat yayıb.
Yerli hakimiyyət bayrağın təxminən 90 metr hündürlükdə yerləşdirildiyini bildirib. Ölçüləri 16x24 metrdir.
Administrasiyadan verilən məlumata görə, dünən əlverişsiz hava şəraiti ilə əlaqədar bayraq yarıya qədər endirilsə də, onu qorumaq mümkün olmayıb. Bayraq yenisi ilə əvəzlənəcək.